Ukrayna ordusu Türkiyəyə məxsus 50 "Kirpi” zirehli texnikanı qəbul edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin qoşunlarının "Kaxovka” əməliyyat qrupu Facebookda məlumat yayıb.
İki briqadanın dəniz piyadaları artıq zireh gövdəli və minalardan qorunan bu maşınlardan istifadə edirlər.
Tezliklə bu texnikanın daha 150 ədədinin çatdırılması gözlənilir.
Kirpi tək gövdəli zirehli kabin, dörd gülləkeçirməz pəncərə və yastıqlı oturacaqlara malikdir.
Avtomobil mina əleyhinə və partlayışa davamlı oturacaqlarla təchiz olunub, "Kirpi” sürücü, pulemyotçu və komandir də daxil olmaqla 13 nəfərə qədər şəxsi heyət yerləşdirməyə qadirdir./olke
7NEWS.Az








