7News.Az xəbər verir ki, Ülviyyənin instaqram hesabında paylaşdığı fotoya izləyicilərindən biri
"İnşallah uşağın olmasın, belə də qal və illər ötsün. Mənim iki uşağım və gözəl ailəm var" sözlərini qeyd edib.
Ülviyyə isə bundan sonra həmin izləyiciyə post yazıb:
"Milçək bir şey deyil, amma ürək bulandırır. Bu gün oxuduğum rəyin müəllifinin də insanlıqda payı olmasa da ürəyimi bulandırdı. Allah kimə nəyi verər, kimdən nəyi alar özündən başqa heç kim bilməz. Heç vaxt sizdə olanla öyünməyin. Sabah nə olacaq, heç kim bilmir. Qəlbimi qıranları isə həmişə Allaha tapşırmışam. Gec olur, amma güc olur".

7News.Az








