RU
Vaaqn Xaçaturyan: “Regional məsələlər Gürcüstan-Ermənistan dostluğuna əsaslanır”
19:00
135

Vaaqn Xaçaturyan: “Regional məsələlər Gürcüstan-Ermənistan dostluğuna əsaslanır”

"Regional və sülh məsələlərində hər şey Gürcüstan-Ermənistan dostluğuna əsaslanır”.

7NEWS.Az xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan gürcüstanlı həmkarı Salome Zurabişvili ilə mətbuata birgə bəyanatla çıxışı zamanı deyib.

O, S.Zurabişvili ilə keçirdiyi görüşdə regionda təhlükəsizlik məsələlərinin müzakirə edildiyini bildirib. V. Xaçaturyan qeyd edib ki, hər iki tərəf mövcud çoxtərəfli münasibətlərin yüksək səviyyəsinin qorunub saxlanılması öhdəliyini təsdiqləyib:

"Biz yüksək texnologiyalar sahəsində əlaqələrin dərinləşdirilməsi barədə danışdıq və bu həm bizim münasibətlər, həm də regionda yeni uğurlar üçün vacibdir. Hər bir ölkə qonşusu ilə təcrübəsini bölüşməlidir. Hesab edirəm ki, seçdiyimiz müxtəlif yollar münasibətlərimizi dərinləşdirməyə imkan verəcək”.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ