Dünyanın ilk qadın kosmonavtı 84 yaşlı Valentina Tereşkova koronavirusa qarşı peyvənd vurdurub.
Bu barədə "RİA Novosti” xəbər yayıb.
Qeyd edək ki, Rusya Dövlət Dumasında deputatların 35 faizi koronavirus keçirib, daha 22 faizi COVID-19-a qarşı peyvənd vurdurub. Sovet kosmonavtı da yaşına baxmayaraq, vaksinasiyadan keçənlər arasındadır.
Sovet İttifaqı Qəhrəmanı, general-mayor Valentina Tereşkova 19 iyun 1963-cü ildə "Vostok 6” gəmisi ilə 71 saat ərzində dünyanın ətrafında 48 dəfə dövr etməsi ilə tarixə düşüb.
O, 2011-ci ildən "Vahid Rusiya” partiyasından deputatdır.
7News.Az








