"ASAN xidmət" Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günündə #zorakiligaqarsibirlikde sosial aksiyasını təşkil edib.
Qurumdan 7News.Az-a verilən məlumata görə, "ASAN xidmət”də şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətinə müraciət edən vətəndaşlara öz fotoları əvəzinə, şiddətə məruz qalmış qadın fotosu göstərilib.
Yaradılmış qadın obrazı şərti olub və izlər vizual effektlərlə əlavə edilib.
Vətəndaşlar əvvəlcə fotonu, daha sonra isə onlar üçün olan mesajı görüblər.
7News.Az








