RU
Viktor Medvedçukun məhkəməsi başlayır
19:40
103

Viktor Medvedçukun məhkəməsi başlayır

Ukraynanın Dövlət İstintaq Bürosu (DİB) Ali Radanın deputatı Viktor Medvedçukun işi ilə bağlı ibtidai istintaqı başa çatdırıb.

7NEWS.Az-ın "Unian.net”ə istinadən xəbərinə görə, DİB-in yaydığı məlumatda bildirilib ki, "Müxalifət Platforması - Həyat üçün” partiyasından olan deputat Viktor Medvedçukun işi ilə bağlı ittiham aktı məhkəməyə təqdim edilib.

İş üzrə Viktor Medvedçuk dövlətə xəyanətdə və müharibə qanunlarını pozmaqda ittiham edilir.

İstintaqın gəldiyi qənaətə görə, Viktor Medvedçuk Rusiya rəhbərliyinə Ukraynaya qarşı təxribat fəaliyyətinin həyata keçirilməsində yardım edib.

Təqsirləndirilən şəxsi əmlakı müsadirə edilməklə 15 ilədək azadlıqdan məhrum etmə cəzasının gözlədiyi bildirilib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ