RU
Vilayət Eyvazov icra başçısının oğluna vəzifə verdi - FOTO
12:32
294

Vilayət Eyvazov icra başçısının oğluna vəzifə verdi - FOTO

Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr dəyişikliyi olub.

BakuPost-un məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrə əsasən, Alıyev Elvin Alı oğlu Xətai rayon Polis İdarəsinin 34 cü polis bölməsinin rəis müavini vəzifəsinə təyinat alıb.

Elvin Alıyev əvvəllər Füzuli rayon Polis Şöbəsində və Binəqədi rayon Polis İdarəsində əməliyyat müvəkkili vəzifəsində çalışıb. 

Qeyd edək ki, Elvin Alıyev Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin oğludur. 

Vilayət Eyvazov icra başçısının oğluna vəzifə verdi - FOTO
 
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ