Kəlbəcər rayonunun Zülfüqarlı kəndi ərazisində qonur ayı görüntülənib.
Bu barədə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi məlumat yayıb.
Bildirilib ki, qonur ayı Kəlbəcər dağlıq ərazilərində geniş yayılan və tez-tez rast gəlinən vəhşi heyvan növlərindən biridir.
Qeyd olunur ki, bu növ əsasən sıx meşə massivlərində və yüksək dağlıq zonalarda yaşayır, eyni zamanda Tutqunçay və Tərtərçay hövzələrində də müşahidə edilir.








