RU
Instaqram alqoritmini dəyişir: Orijinal məzmun daha çox önə çıxacaq
12:10
21

Instaqram alqoritmini dəyişir: Orijinal məzmun daha çox önə çıxacaq

"İnstagram" platformada orijinal məzmun istehsalını artırmaq üçün əhəmiyyətli alqoritm dəyişikliyi tətbiq etməyə başlayıb.

Bununla da başqalarının məzmununu daim paylaşan hesabların əhatə dairəsi azaldılacaq.

Bu hesablar artıq tövsiyə sistemində daha az görünəcək, təkrarlanan məzmun kəşf et və ana səhifə tövsiyələrindən silinəcək.

Bu sistem artıq yalnız videoları deyil, həm də fotoşəkillər paylaşımlarını da əhatə edəcək.

Eyni zamanda paylaşdıınız videoda sürəti dəyişdirmək və ya ekran görüntülərini paylaşmaq da orijinal məzmun hesab edilməyəcək. 

"İnstagram" bunun məqsədinin əsl yaradıcıları daha görünən etmək olduğunu bildirib.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ