RU
Vilayət Eyvazov onları rəis TƏYİN ETDİ
11:31
306

Vilayət Eyvazov onları rəis TƏYİN ETDİ

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinatlar olub.

7News.Az Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı İltimaz Yusifli vəzifəsindən azad edilib. İ.Yusifli Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin rəisi təyin olunub.

Nazirin digər əmri ilə, polis polkovnik-leytenantı Habil Həsənov, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Şöbəsinin rəisi təyin olunub.

Xəbəri Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Unikal.org-a təsdiqləyib.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ