RU
Vüqar kirayə qaldığı mənzildə oğurluq edən ustanı bağışladı - AÇIQLAMA
14:10
292

Vüqar kirayə qaldığı mənzildə oğurluq edən ustanı bağışladı - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, tanınmış müğənni Vüqar Muradovun yaşadığı evdə oğurluq hadisəsi baş verib.

İfaçı BiG.AZ-a açıqlamasında ustanı bağışladığını bildirib:

" Pulumu hər zaman evdə istilik sisteminin arxasında saxlayırdım. Dünən səhər bizə gəldi, kombini düzəldib getdi. Kombi ustası evimdən 3500 manat pulumu oğurlayıb. Mən zəng edəndə usta baş verən hadisəni boynuna almadı. Lakin, polis əməkdaşlarının işə qarışmasından sonra usta oğurluq etdiyini boynuna aldı. Pulu qaytardı və mən də onu bağışladım".

Qeyd edək ki, Vüqar Muradov ATV-də yayımlanan "Yeni ulduz” mahnı yarışmasının qalibi olduqdan sonra məşhurlaşıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ