RU
15:09
466

"Vur, komandir, vur!"un qəhrəmanı: "Kənan M.M dedi ki, sizə bənzəməyə çalışırıq"

2014-cü ildə Azərbaycan sərhəddini pozan erməni helikopterini vuran və "Vur, komandir, vur!" şüarı ilə məşhurlaşan keçmiş hərbçi İlkin Muradov Kənan M.M-in çəkildiyi "Savaşçı" serialında həmin ifadəni işlətməsinə münasibət bildirib.

7News.Az xəbər verir ki, İ.Muradov ölkə.az-a bildirib ki, bu barədə səhərə yaxın məlumat əldə edib.

"Səhər yaxın dostlar həmin videonu göndərdilər ki, bax. Baxdım və çox xoş oldu ki, hələ də bizim kimi oğlanları unutmayıblar. Facebook-da Kənanın özünə yazdım və təşəkkürümü bildirdim. O da yazdı ki, biz sizə bənzəməyə çalışırıq", - Muradov qeyd edib.

İ.Muradov hazırki iş yeri barədə də danışıb:

 

"Hazırda Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətində çalışıram. Əsas odur ki, xalqıma, millətimə, vətənimə xidmət edirəm. Harda çalışmağımın fərqi yoxdur".

Qeyd edək ki, rejissor Kənan M.M Azərbaycan zabiti (yüzbaşı Bəxtiyar) obrazını canlandırdığı "Savaşçı" serialında Çidəmə düşməni vurması üçün "Vur, komandir, vur" deyir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ