Məşhur teleaparıcı Vüsalə Kərimovanın başına yelləncək düşüb.
Vüsalə az qala getdiyi yas yerində qorxunc olayın qurbanı olacaqmış.
Başına tikiş qoyulan aparıcı bu barədə milli.az-a açıqlama verib:
"Qaxda yas yerimiz var idi, ora gəlmişdim. Həyətdə böyük dəmir yelləncək var idi, elə oturmuşdum. Birdən yelləncək qırıldı, yuxarıdakı dəmir düşdü başıma. Alnıma tikiş qoyublar. Şükür Allaha, indi yaxşıyam".









