RU
Vyetnamda barda yanğın nəticəsində ölənlərin sayı artıb
23:00
757

Vyetnamda barda yanğın nəticəsində ölənlərin sayı artıb

Vyetnamın cənubundakı Bin Duonq əyalətində barda yanğın nəticəsində ölənlərin sayı artıb.

7NEWS.Az xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.

Hazırda ölü sayı 33 nəfər təşkil edir. 

Yanğın zamanı binanın pəncərələrindən tullanan 1 nəfər aldığı xəsarətlərdən xəstəxanada ölüb, daha 32 nəfərin meyiti yerində aşkarlanıb.

İlkin versiyaya görə, qısaqapanma yanğına səbəb ola bilər.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ