RU
Xaçmazda insan skeleti tapıldı – Soyqırım qurbanlarına aiddir? - Foto
14:50
275

Xaçmazda insan skeleti tapıldı – Soyqırım qurbanlarına aiddir? - Foto

Xaçmaz rayonunda maraqlı hadisə baş verib.

7News.Az xəbər verir ki, Xəzərli kənd sakini təssərüfat sahəsinin yaxınlıqnda insan skeleti tapıb. Sümüklərin hansı dövrəaid olduğu bilinmir. 

Belə ki, kənd sakini Heybət Əliyev ötən gün səhər saatlarında təssərüfatının yaxınlıqındakı qumluq ərazidə insanın kəllə sümüyünü görüb. Sakinlər deyir ki, ərazidən tez-tez tikintidə istifadə üçün qum aparılır. Sümüklərin də məhz qum üçün yer qazılarkən üzə çıxdığını ehtimal edir.

Onlar bu ərazidə bu hadisənin artıq ikinci dəfə baş verdiyini bildirir. Onlar ehtimal edirlər ki, burada 1918-ci ildə Şimal bölgəsində baş vermiş soyqırım qurbanları da basdırıla bilər. Ona görə kənd sakinləri ərazidə araşdırmanın aparılmasını istəyirlər.

Məsələ ilə bağlı Uzunoba inzibati ərazi dairəsi üzrə nümayəndəsinə məlumat verilib. İcra nümayəndəsi Nizaməddin Xıdırovun sözlərinə görə, bu məsələ ilə bağlı rayonun hüquq-mühafizə orqanlarına məlumat veriləcək.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ