“Xaliq Faiqoğlu” şirkətindən 199 saylı marşrutun sərnişinlərinə hörmətsilzik – FOTO

“Xaliq Faiqoğlu” şirkətindən 199 saylı marşrutun sərnişinlərinə hörmətsilzik – FOTO

199 saylı marşrut xətti Şərq bazarının önündəki dayanacaqdan Masazır dairəsi daxil olmaqla Abşeron Gənclər Şəhərciyinə qədər yol qət edir. Həmin ərazidə yaşayan sərnişinlərin və Bakı Mühəndislik Universitetində təhsil alan tələbələrin NRYTN yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə çoxsaylı müraciətləri də nəzərə alınmaqla marşrutun xətti Universitetin önündəki dayanacağa qədər uzadılıb. Qeyd edək ki, "Xaliq Faiqoğlu” şirkətinə məxsus avtobuslar vasitəsilə 199 saylı marşut xətti üzrə Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən ödəniş nağdsız qaydada kart sistemi vasitəsilə həyata keçirilir. Dünən saat 21.30 radələrində avtobusla Abşeron Gənclər Şəhərciyindən minib şəhərə getmək istəyən vətəndaşlar 10 TC 040 dövlət nömrə nişanlı avtobusun sürücüsünün kobudluğu ilə rastlaşıblar. Marşrutdan istifadə edən Azər Hacızadə adlı vətəndaş saytımızla əlaqə saxlayaraq bilirib ki, onları keçmiş "VAZ-ın kruqu” deyilən avtobusdan yerə salıblar və tələb ediblər ki, yenidən adam başına 35 qəpik ödəniş etməklə başqa avtobusa minsinlər. Buna etiraz edən sərnişinlərə avtobusların sürücüləri tərəfindən kobudluq olunub. Qeyri iş günü və axşam olduğu üçün biz Dövlət Avtomobil Nəqliyyatı Xidməti , "Xaliq Faiqoğlu” şirkəti və Bakı Nəqliyyat Agentliyinin məsləyə münasibətini öyrənə bilmədik. Onların də mövqeyini dinləməyə hazırıq.

https://azinforum.az/wp-content/uploads/2019/11/avt1-225x300.jpg 225w" sizes="(max-width: 360px) 100vw, 360px" style="padding: 0px; margin: 0px; outline: none; list-style: none; border-width: 0px; box-sizing: border-box; max-width: 100%; height: auto; vertical-align: middle; opacity: 1; transition: all 0.4s ease-in-out 0s;" />

7News.Az

Xəbər lenti