RU
Xalq artistinin duet ortağı Sevda Əliqızı: “Səməd haqqımı itirdi” - VİDEO
14:40
318

Xalq artistinin duet ortağı Sevda Əliqızı: “Səməd haqqımı itirdi” - VİDEO

Uzun illər Xalq artisti Səməd Səmədovun duet ortağı, hazırda solo karyerasını davam etdirən müğənni Sevda Əliqızı "ATV” telekanalında yayımlanan "7 canlı” axşam şousunda qalmaqallı açıqlamaları ilə gündəmə gəlib.

7News.Az xəbər verir ki, sənətçi  zərflərdən çıxan sözlərin monitorda fotosu əks olunan hansı sənət nümayəndəsinə aid olduğunu müəyyən etməli olub. İ

Zərfdən çıxan "Kiminlə duet oxumazsınız?” sualına Sevdanın cavabı sərt olub:

"Səməd Səmədovla 15 il duet oxumuşam. Bundan sonra onunla bir yerdə çıxış etmərəm. Səməd haqqımı itirdi. Onunla düşmən deyiləm, danışırıq. Amma onunla bir araya gəlib, duet ifa etmərəm. 15 il ərzində illərim puça getdi. Bu illər ərzində başqa işlər görə bilərdim. Gərək heç kimlə duet oxumazdım. Necə əvvəldən solo çıxış edirdim, gərək elə də davam edərdim. Çox heyifslənirəm”.

Qeyd edək ki, ikilinin arasında yaranan qalmaqala səbəb Xalq artisti S.Səmədovun S.Əliqızı barədə müsahibələrin birində söylədiyi "Sevda qocalıb. Mən onunla oxuya bilmərəm” kəlimələri olub.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ