Xarici İşlər Nazirliyindən Ata Abdullayevlə bağlı - AÇIQLAMA

Xarici İşlər Nazirliyindən Ata Abdullayevlə bağlı - AÇIQLAMA
"Ata Abdullayevin diplomatik pasportunun olması ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur".

Bu sözləri Axar.az-a eksklüziv açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva bloger Ata Abdullayevin diplomatik pasportu olması ilə bağlı yayılan iddialara münasibət bildirərkən deyib. O bildirib ki, Ata Abdullayev adlı şəxs nə diplomatik, nə də xidməti pasporta sahibdir:

"Bu şəxs üçün nə diplomatik, nə də xidməti pasport rəsmiləşdirilib”- L.Abdullayeva söyləyib.

Qeyd edək ki, sosial şəbəkələrdə İtaliyanın Milan şəhərində Ermənistanın Baş naziri Nikol Paşinyanın olduğu kilsəyə getməsi və ona qeyri-peşəkar və savadsız sual ünvanlaması ilə ölkədə ciddi tənqidlərə tuş gələn A.Abdullayevin diplomatik pasporta sahib olduğu haqda iddialar səsləndirilib.
 
 
7News.Az

Xəbər lenti