Xarkovda metro qatarlarının hərəkəti bərpa edilib.
7NEWS.Az xəbər verir ki, bu barədə məlumatı Xarkov Metropoliteninin mətbuat xidməti Teleqram kanalında yayıb
"Saat 16.55-də Xarkov metrosunun xətləri üzrə hərəkət bərpa edilib”, - deyə məlumatda deyilir.
Xatırladaq ki, sentyabrın 12-də Xarkov şəhərinin meri İqor Terexov şəhərin elektrik və su təchizatının kəsildiyini elan edib. Eyni zamanda, Xarkovda texniki səbəblərə görə metro xətlərində hərəkət dayandırılmışdı.
7NEWS.Az








