RU
Xərçəngdən əziyyət çəkən aktrisa: “Bundan sonra müalicə olmayacaq”
17:20
117

Xərçəngdən əziyyət çəkən aktrisa: “Bundan sonra müalicə olmayacaq”

"Bəzi iynələr var ki, yaşamağım, həyatım onlara bağlıdır”.

Bunu Qaynarinfo-ya Əməkdar artist, xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa Tünzalə Əliyeva şişin artıq başına yayılmasından danışarkən deyib. Onun sözlərinə görə, müalicəsi üçün lazım olan iynələrin qiyməti çox bahadır:

"Mən heç kimdən yardım istəmirəm, evim var, lazım olsa, onu satacam. Allah hamıdan razı olsun, bir dəfə xalqa müraciət etdim, dəstək aldım. Milli Onkologiya Mərkəzi məni pulsuz müalicə edir. Hələ bu günə kimi məndən bir manat da olsa pul tələb olunmayıb. Amma bəzi iynələri əldə etməliyəm”.

Aktrisa deyir ki, həmin iynələr ona kömək etməyə də bilər:

"İynələr artıq son mərhələdir, bundan sonra müalicə olmayacaq”.

Qeyd edək ki, Əməkdar artist Tünzalə Əliyeva uzun illərdir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ