RU
Ukrayna Rusiya ordusunun Sumıda uşaq bağçasına zərbə dronları ilə hücum etdiyini bildirir
14:00
23

Ukrayna Rusiya ordusunun Sumıda uşaq bağçasına zərbə dronları ilə hücum etdiyini bildirir

Mayın 6-da Rusiya ordusu Ukraynanın Sumı şəhərinin mərkəzində yerləşən uşaq bağçasına pilotsuz uçuş aparatları ilə zərbə endirib.

Bu barədə Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov məlumat yayıb.

Onun sözlərinə görə, hadisə nəticəsində zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir.

Eyni zamanda, şəhərə zərbələrin davam etdiyi və sakinlərin təhlükəsiz yerlərdə qalmasının vacib olduğu bildirilib.

Sumı şəhərinin meri vəzifəsini icra edən Artem Kobzar isə qeyd edib ki, iki pilotsuz aparatı birbaşa uşaq bağçasının binasına düşüb və dağıntılar altında insanların qala biləcəyi ehtimal olunur.

Qeyd edək ki, səhər saatlarında Sumı vilayətində dron hücumu nəticəsində bir qadın ölüb.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ