RU
Xersonda Rusiyanın
13:30
281

Xersonda Rusiyanın "Su-25" təyyarəsi məhv edilib

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin səmasında Rusiyaya məxsus "Su-25" qırıcı təyyarəsini vurub.

7News.Az "Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrindən bildirilib.

Xatırladaq ki, daha əvvəl də Xerson səmasında qarşı tərəfin qırıcı təyyarələrinin məhv edilməsinə dair məlumat yayılmışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ