RU
15:50
448

"Xəstəliyim var deyə arıqlayıram" - Nüşabə Ələsgərli - VİDEO

ARB TV-nin "Hüseynova bacıları” verilişinin növbəti qonağı əməkdar artist Nüşabə Ələsgərli olub.

İlk olaraq əməkdar artist xəstəlikdən əziyyət çəkdiyini deyib:

"Xəstəliyimlə bağlı arıqlayıram. Xəsətəlik deyəndə pis xəstəliklər başa düşülməsin. Zobum var deyə udmağımda problem var. Pəhriz saxlamıram”.

Sənətçi daha sonra qızını köçürəcəyi ailədən danışıb:

"Qızımın 22 yaşı var. Nə qədər savad da alsa 22 yaşı var. Avropaya gedir, nə yeyəcək nə içəcək... Guya bu ailəyə baxacaq. Gülməyim gəlir ki, bu hələ uşaqdır. Sonra fikirləşirəm ki, uşaq deməklə deyil, getsin bərkdən, boşdan çıxsın. Bəs nə vaxt ailə olacaq? Oğlanın evi ayrıdır. Amma qayınanası və qaynatası var. Mən qayınanasına demişəm ki, nəzarətin onların üzərində olsun. Kürəkənim çox mədəni və kübardır”.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ