RU
Xəstəxanaya yerləşdirilən
13:40
334

Xəstəxanaya yerləşdirilən "Toppuş Bacı": "Şiş ağciyərə yayılıb" - FOTO

Xəbər verdiyimiz kimi Əməkdar artist Tünzalə Əliyeva səhhətinin daha da pisləşərək xəstəxanaya yerləşdirilib.

7News.Az xəbər verir ki, xərçəngdən əziyyət çəkən aktrisa instaqram hesabında bu barədə məlumat yayaraq şişin ağciyərlərinə yayıldığını bildirib:

"Hər birinizə etdiyiniz dualarınıza, narahat olduğunuza görə dərin təşəkkürümü bildirirəm. Bunu da yenəcəm... Sizin dualarınız və həkimlərin sayəsində sağalacam.

Bildiyiniz kimi əvvəl uşaqlıqboynunda bədxassəli şiş var idi. Həkimlərin sayəsində yaxşı nəticələr əldə etdik. Apreldə müayinə zamanı məlum oldu ki, böyrək damarlarımda törəmə şişlər var və 2 ay müalicə aldım. Nəticə yaxşı oldu.

Çox təəssüf edirəm ki, iki gün əvvəl müayinə nəticəsində artıq öyrəndik ki, şiş ağciyərə yayılıb. Hazırda təcili kimyaterapiya aldım. İnşallah, üçüncü ağır prosesdən də salamat çıxaram".

Xəstəxanaya yerləşdirilən

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ