RU
Xəzərdə gəzinti qayığı qayaya çırpıldı - Ölənlər və yaralananlar var
14:10
36

Xəzərdə gəzinti qayığı qayaya çırpıldı - Ölənlər və yaralananlar var

Xəzər dənizində, Aktau şəhəri sahilləri yaxınlığında Qazaxıstanın gəzinti qayığı qayaya çırpılıb. Nəticədə iki nəfər ölüb, daha beş nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib.

7News.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə TASS-a regional Fövqəladə Hallar Departamentinin mətbuat xidmətindən bildirilib.

"Qayığın göyərtəsində yeddi nəfər olub. Hadisə nəticəsində beş zərərçəkən sahilə çıxarılaraq tibb işçilərinə təhvil verilib. Onlar müxtəlif xəsarətlərlə tibb müəssisələrinə yerləşdiriliblər. Axtarış-xilasetmə işləri zamanı iki kişinin meyiti aşkar edilərək sudan çıxarılıb", - deyə departamentin məlumatında bildirilir.

Qurumun məlumatına görə, hadisə avqustun 30-da, bazar günü, yerli vaxtla saat 23:00 radələrində (Bakı vaxtı ilə 22:00) baş verib. Hadisə ilə bağlı yerli polis departamenti dəniz və ya çay nəqliyyatında hərəkət təhlükəsizliyi qaydalarının pozulması maddəsi üzrə cinayət işi açıb. Fövqəladə Hallar Departamentindən əlavə ediblər ki, hadisənin bütün halları araşdırılı

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ