Qubada, Xınalıq ərazisində itkin düşən alpinistlərin kimliyi açıqlanıb.
Onlar Babur Hüseynov, Namin Bünyadov və Fəridə Cəbrayılzadədir.
Namin Bünyadov sənaye alpinizmi ilə məşğuldur. O, xarici şirkətlərin birində yüksəklikdə yerləşən elektrik xətlərinin çəkilişi və quraşdırılması üzrə çalışır.
N. Bünyadov bir neçə yüksək zirvəni fəth edib.
Qrupda ola digər alpinist Fəridə Cəbrayılzadə müxtəlif alpinizm yarışlarında iştirak edib. O, həm də velosipedçidir.
Qeyd edək ki, o, fotoqraflıqla da məşğul olur.
"Gilavar” - hava və ekstrim idman klubunun itkin düşmüş üzvlərindən biri Babur Hüseynov Daxili İşlər Nazirliyinin (DİN) polis leytenantıdır.
Qeyd edək ki, Qubada 3 alpinist itkin düşüb. İdmançıların yaxınları bildiriblər ki, Şahyaylaq - Mahmuddərə marşrutu üzrə hərəkət edərkən onlarla əlaqə kəsilib.oxu
7news.Az








