7News.az xəbər verir ki, Filippinin Mindanao adasının sahillərində baş verən 7,8 bal gücündə zəlzələ bölgədə geniş panikaya səbəb olub. Zəlzələdən sonra Filippin, Yaponiya və İndoneziya üçün sunami xəbərdarlığı edilib və sahilyanı ərazilərdə yaşayan sakinlər təxliyə edilib. İlkin məlumata görə, ölən yoxdur, lakin çoxlu sayda binaya ziyan dəyib və xilasetmə qrupları ərazidə işlərini davam etdirir.








