RU
Xızıda sel Mikayıl Müşfiqin xatirə muzeyinin ərazisinə ziyan vurub - FOTO
14:50
39

Xızıda sel Mikayıl Müşfiqin xatirə muzeyinin ərazisinə ziyan vurub - FOTO

Xızı rayonu ərazisinə yağan leysan xarakterli yağış nəticəsində Mikayıl Müşfiqin Xızının Sayadlar kəndindəki Xatirə Muzeyinin həyətyanı sahəsi yenidən Tıx çayının sel-sularına qərq olub.

Təbii fəlakət nəticəsində muzeyə giriş-çıxış çətinləşib.

Bununla yanaşı Giləzi-Xızı avtomobil yolunun muzeyə yaxın hissəsində qoyulmuş şairin böyük portreti də təbii şəraitlə əlaqədar olaraq sıradan çıxıb.

Poster müvəqqəti qaydada muzeyin həyətinə yerləşdirilib. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ