Xosenin bıçaqlanan qardaşının arvadı danışdı - Video

Xosenin bıçaqlanan qardaşının arvadı danışdı - Video

Teleaparıcı Xose Bernardonun bıçaqlanan qardaşı Rəfael Hüseynovun həyat yoldaşı açıqlama verib.

7News.Az xəbər verir ki, ATV telekanalında "Bizimləsən" verlişinə açıqlama verən qadın hadisənin namus üstündə baş vermədiyini deyib.

Onun dediyinə görə, Rəfaelin bıçaqlanmasına keçmiş ərinin eqoistliyi səbəb olub. O, keçmiş ərininin spirtli içki aludəçisi olduğunu, dəfələrlə buna görə xoşagəlməz halların yaşandığını bildirib.

Qeyd edək ki, teleaparıcı Xose Bernardo və qardaşını bıçaqlayan şəxs əvvəllər məhkum olunmuş, 1985-ci il təvəllüdlü Abutalıb Hüseynovdur.

7News.Az

Xəbər lenti