Kanadada hər gün ailəsinə "Universitetə gedirəm"deyə yalan söyləyərək bütün zamanını internetdə oyun oynamaqla keçirən gənc, yalanı ortaya çıxmasın deyə bütün ailə üzvlərini öldürüb.
Moderator.az xəbər verir ki, oyun aludəçiliyi ucbatından məzun ola bilməyən 24 yaşlı gənc 2015 ci ildə mühəndislik ixtisasına yiyələnib. Hər gün kompüteri ilə evdən çıxan və dərslərini bir kənara buraxıb oyun oynamaqla məşğul olan gənc oğlan, məzuniyyət tədbirinə qatılmaq istəyən ailəsini öldürüb.
Əvvəlcə ana və nənəsinin boğazını kəsən gənc, ailəsinin digər üzvlərini öldürmək üçün gözləyərəkən belə oyun oynamağa davam edib.Sözügedən oğlan gecə saatlarında evə gələn atası və bacısını da gözünü qırpmadan qətlə yetirib.
İstintaq zamanı törətdiyi cinayəti oyun yoldaşlarına xəbər verən oğlanın dostlarını inandırmaq üçün cəsədlərin görüntülərini onlara göndərdiyi ortaya çıxıb.
İfadəsində ailəsinə universitet ilə bağlı yalan söylədiyini və birinici kursu belə bitirə bilmədiyini söyləyən qatil gənc " Bütün zamanımı oyun oynayaraq keçirdim. Ailəm məzun olmağımı gözləyirdi. Yalanım ortaya çıxmasın deyə onları öldürdüm" deyib.
Qeyd edək ki, 2019-cu ildən bəri davam edən məhkəmə prosesi zamanı həbs edilən gəncə ömürlük həbs cəzası verilib.
7NEWS.Az








