Yaponiya hökuməti torpaq sürüşməsi və çaylarda sel daşınlarının yaranması təhlükəsinə səbəb olan leysan yağışları səbəbindən ölkənin təxminən 2,99 milyon sakininin təxliyə edilməsi haqqında qərar qəbul edib.
Bu barədə TASS məlumat yayıb.
İnsanların təxliyyə edilməsi nəzərdə tutulan bölgələrdə güclü yağış şənbə gününün sonuna qədər davam edə bilər. Bu ərazilərdə gündə 300 mm-ə qədər yağış yağır.
Ekstremal hava şəraiti səbəbindən insanların ciddi zərər görmə ehtimalını nəzərə alaraq Yaponiyanın Baş naziri Yoshihide Suga əlaqədar nazirlik və idarələrə yerli əhalinin həyatını qorumaq üçün lazımı tədbirləri görməyi tapşırıb.
7NEWS.Az








