RU
Yaponiyada “Nanmadol” tayfunu nəticəsində 1 nəfər ölüb
13:00
151

Yaponiyada “Nanmadol” tayfunu nəticəsində 1 nəfər ölüb


Yaponiyada təsirli olan "Nanmadol” qasırğası nəticəsində 1 nəfər ölüb, yaralananların sayı isə 69-a çatıb. Ölkədə 8 milyon insan təxliyəyə çağırılıb.

7NEWS.az xəbər verir ki, Yaponiyada təxminən 3 gündür təsirli olan "Nanmadol” tayfunda ilk insan itkisi baş verib. Başda Fukuoka, Miyazaki, Kaqosima, Kumamoto, Oita, Xirosima və Yamaquçi əyalətlərində ölkənin geniş bölgələrinə güclü yağış və külək gətirən tayfun nəticəsində 1 nəfərin öldüyü bildirilib. Yaralıların sayının 69-a yüksəldiyi açıqlanıb. Şiddətli yağışlar nəticəsində bəzi çaylarda suyun səviyyəsi kritik həddə çatsa da, fırtına nəticəsində bir çox tikililərdə maddi ziyanın olduğu qeyd edilib. Bundan əlavə, bəzi ərazilərdə yol nişanlarının və ağacların küləyin təsiri ilə kökündən qopduğu, magistral yollardakı sellərin də həvəskar kameralara əks olunduğu görülüb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ