RU
Yaponiyanın Baş naziri Ukraynaya səfər etməyi planlaşdırır
14:00
225

Yaponiyanın Baş naziri Ukraynaya səfər etməyi planlaşdırır

Yaponiyanın Baş naziri Fumio Kişida Ukraynaya səfər etməyi planlaşdırır.

7News.Az TASS-a istinadən xəbər verir ki, o, bu barədə ölkə parlamentində müzakirələr zamanı bildirib.

"Hazırda bu məsələ ilə bağlı yekun qərar qəbul edilməyib, lakin mən müxtəlif amilləri nəzərə alaraq səfərin mümkünlüyünü araşdırıram", - Baş nazir deyib.

Xatırladaq ki, ötən həftə yerli mətbuat Kişidanın fevralın ortalarında Ukraynaya səfər edə və Kiyevdə Prezident Volodimir Zelenski ilə danışıqlar apara biləcəyi barədə məlumat yaymışdı.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ