"Ağdərə istiqamətindəki meşədə qalan 2 yaralı əsgərimiz düşmənə təslim olmayıb, sürünə-sürünə oradan çıxıblar, yanlarında su bitdiyinə görə çantalarındakı "Ringer" sistemini içiblər və sağ qalmağı bacarıblar.
7News.Az Sonxeber.az-a istinadən xəbər verir ki, bu sözləri könüllü olaraq cəbhə bölgəsində xidmət edən həkimlərimizdən biri ATU-nun Tədris Cərrahiyə Klinikasının assistenti Ziyad Abdullayev deyib. Həkim qeyd edib ki, belə igidlərimizin olduğunu görəndə əməliyyatların yorğunluğunu hiss etmir, qürur hissi keçiriblər.
7News.Az









