RU
Yaşar Nurinin müğənni qızı:
18:00
536

Yaşar Nurinin müğənni qızı:"Atamın davamçısı yoxdur"

Mərhum sənətkar, aktyor Yaşar Nurinin qızı müğənni Ülkər Nəbiyeva "5də 5" verilişində qonaq olub.

7News.Az xəbər verir ki, müğənni verilişdə atası haqqında danışıb:

"Təşəkkür edirəm ki, bizi dəvət etmisiz. Təşəkkür edirəm ki, atamı Yaşar Nurini unutmursunuz. Həmişə deyirəm ki, nə qədər Azərbaycan xalqı var, o qədər Yaşar Nuri qəlblərdə yaşayacaq. Mənim atam öz sənəti ilə, istedadı ilə Azərbaycan mədəniyyətinə möhür vurmuş sənətkardır. İllər keçsə də unudulmayacaq. Sənətçi çoxdur amma sənətkar olmaq hər insana nəsib olmur. O mənim atama nəsib olub. Ondan sonra hələki davamçı görmürəm. İnşallah görəndə yəqin ki, mən də öz fikirlərimi bölüşəcəm".

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ