RU
Yaşasaydı 39 yaşı olacaqdı - Şəhid Həsənin doğum günüdür - FOTO
14:01
519

Yaşasaydı 39 yaşı olacaqdı - Şəhid Həsənin doğum günüdür - FOTO

Aprelin 12-si 2014-cü ilin iyulunda Kəlbəcərdə həlak olmuş cəbrayıllı şəhid Həsən Həsənovun ad günüdür, yaşasaydı 39 yaşı tamam olacaqdı. 
7News.az-ın məlumatına görə, Həsən Fərman oğlu Həsənov 1978-cı i aprelin 12-də Cəbrayıl rayonunun Mehdili kəndində dünyaya gəlib. Həsən doğma kəndində 7-ci sinfi bitirib. Daha sonra Qarabağı işğal edən düşməni məhv etmək arzusu ilə sənədlərini C.Naxçıvanski adına hərbi liseyə verib və burada təhsil alıb.

Həsən Həsənov 2014-cü ilin iyulunda əslən Kəlbəcərdən olan Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevlə Kəlbəcərə gedib. O, öz ata-baba yurdlarını ziyarət etmək istəyən kəlbəcərli dostlarını müşayiət edib. Lakin Ermənistan Silahlı Qüvvələri onları girov götürüblər. Girov götürülən zaman ermənilər Həsən Həsənovu güllələyərək, öldürüblər. Mərhumun nəşi 2 oktyabr 2014-cü il tarixdə düşmən tərəfdən alınıb. 

Şəhid Bakıda dəfn edilib. O, ailəli idi, iki qızı qalıb.//big
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ