RU
Yəhya Babanlı yeni vəzifəsindən danışdı: “Etimad olduqca məsuliyyətli və şərəflidir...”
10:10
434

Yəhya Babanlı yeni vəzifəsindən danışdı: “Etimad olduqca məsuliyyətli və şərəflidir...”

Xəbər verdiyimiz kimi Yəhya Babanlı Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi vəzifəsinə təyin edilib. 

Y.Babanlı Moderator.az-a açıqlamasında faktı təsdiqləyib və bildirib ki, yeni işində o, mətbuatla yeni mərhələdə inkişafa nail olacaq:

"Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi vəzifəsinə təyin edilməyim tamamilə doğrudur. Təşəkkür edirəm ki, diqqət ayırırsınız və sizin də dəstəyinizə ehtiyacımız olacaq. İlk öncə cənab nazirə öz dərin minnətdarlığımı bildirirəm. Etimad olduqca məsuliyyətli və şərəflidir. Bütün qüvvəmizi səfərbər edərək işimizlə bunu doğrultmaq ümdə vəzifəmizdir. Məlumdur ki, Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqaməti geniş spektorlu və çoxfunksiyalıdır. Bir müddət lazımdır ki, bu sahənin mətbuatla işinin yeni mərhələdə inkişafına nail olaq. Xahiş edirəm ki, bunu nəzərə alasınız. İnanıram ki, mənə doğma olan mətbuat həmkarlarım həyati vacib əhəmiyyətli Fövqəladə Hallar Nazirliyi ilə KİV-i arasında qarşılıqlı faydalı işin qurulmasında mənə dəstək göstərəcək və qarşıya qoyulan yeniliklərlə bağlı tapşırıqların öhdəsindən layiqincə gələcəyik”.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ