RU
Yelo Bank ilk rübdə faiz gəlirlərini 25% artırıb
15:58
36

Yelo Bank ilk rübdə faiz gəlirlərini 25% artırıb

Yelo Bank 2026-cı ilin birinci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabat dövrünün nəticələrinə əsasən, Bank həm gəlirlilik, həm də kapital dayanıqlığı üzrə artım dinamikasını qoruyub saxlayıb. Rəqəmlərə nəzər yetirdikdə rüb üzrə əsas göstəricilər belədir: 2026-cı ilin ilk üç ayı ərzində Yelo Bank-ın faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 25% artaraq 51 mln manata yüksəlib. Qeyri-faiz gəlirləri isə 2 mln manatı ötüb. Rüb ərzində Bank 6.6 mln manat xalis mənfəət əldə edib. Ümumi kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 13% (120 mln manat) artaraq 1 mlrd 80 mln manata yüksəlib. Real sektorun dəstəklənməsini prioritet hesab edən Bank-ın biznes kredit portfeli 672 mln manat təşkil edir ki, bu da ümumi portfelin 62%-dən çox olmaqla mühüm hissəsini əhatə edir. İstehlak kreditləri üzrə portfel isə analoji dövrlə müqayisədə 15% (55 mln manat) artaraq rübün sonuna 410 mln manat olub. Müştərilərin maliyyə tərəfdaşı olaraq Bank-a olan etimadı əmanət portfelinin həcmində özünü göstərir. Bankın əmanət portfeli ötən ilin ilk rübü ilə müqayisədə 16% (147 mln manat) böyüyərək 1 mlrd 60 mln manatı ötüb. Məcmu kapital ilin əvvəli ilə müqayisədə artaraq 177 mln manata yüksəlib. Məcmu kapitalın adekvatlıq əmsalı 13.48%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 11.69% olmaqla, hər iki göstərici üzrə requlyativ tələbləri üstələyir. Bankın ümumi aktivlərinin həcmi isə hesabat tarixinə 1 mlrd 513 mln manat səviyyəsindədir. Yelo Bank ili yüksək templə başlayaraq maliyyə göstəricilərində artım dinamikasını qorumağa nail olub. Bank xüsusilə real sektorun, kiçik və orta sahibkarlığın dəstəklənməsini özünün strateji prioriteti hesab edir. Qarşıdakı dövrdə də Yelo Bank texnoloji həllərin tətbiqini sürətləndirməklə, müştərilərin maliyyə ehtiyaclarını müasir standartlara uyğun qarşılamağı və cəmiyyət üçün əlavə dəyər yaratmağı hədəfləyir. Sərfəli kredit online şəkildə əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin. Yelo Bank – Parlaq bankçılıq!

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ