RU
Yəməndə DEAŞ liderlərindən biri öldürüldü
12:30
25

Yəməndə DEAŞ liderlərindən biri öldürüldü

Yəmən hökuməti terror təşkilatı DEAŞ-ın liderlərindən biri olan Əbu Huzeyfə əl-Ənsarinin öldürüldüyünü açıqlayıb.

7News.Az xarici mətbuata istinadən xəbər verir ki, Yəmənin rəsmi SABA xəbər agentliyinin yaydığı məlumata görə, Ənsarinin saxlanılması məqsədilə xüsusi təyinatlı qüvvələrin iştirakı ilə əməliyyat keçirilib.

Koalisiya qüvvələrinin də iştirak etdiyi əməliyyat zamanı qarşıdurma baş verib. Atışma nəticəsində Əbu Huzeyfə əl-Ənsari öldürülüb.

Yəmən Dövlət Təhlükəsizliyi Mərkəzi Təşkilatının açıqlamasında əməliyyatın ölkənin qanuni hökumətini dəstəkləyən xüsusi qüvvələr tərəfindən həyata keçirildiyi bildirilib.

Hadisənin baş verdiyi yer və əməliyyatın digər detalları açıqlanmayıb.

Əbu Huzeyfə əl-Ənsarinin 2023-cü ildən etibarən DEAŞ-ın sözçüsü kimi tanındığı qeyd olunub.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ