RU
Yeni marşrut avtobusları istismara verildi
16:46
422

Yeni marşrut avtobusları istismara verildi

Bölgələrdə müntəzəm marşrut xətləri üzrə avtobusların yenilənməsi prosesinə start verilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən 7News.Az-a verilən məlumata görə, avtomobil parkının yenilənməsinə dair daşıyıcılara ünvanladığı müraciət əsasında müntəzəm marşrut xətləri üzrə avtomobil parkının yenilənməsi prosesinə start verilib.

 

Belə ki, Quba şəhərdaxili 1 saylı marşrut xəttində mövcud 15 ədəd "Hyundai County" markalı avtobuslar yeni "İsuzu" markalı avtobuslarla əvəz edilir.

Qeyd edək ki, oktyabrın 25-dən həmin marşrut xətti üzrə 5 yeni avtobus sərnişinlərin xidmətində olacaq.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ