RU
lombard
Yeni növ qızıl sikkələr satışa çıxarılıb - Fotolar
23:10
885

Yeni növ qızıl sikkələr satışa çıxarılıb - Fotolar

"AzerGold” QSC tərəfindən yeni növ qızıl sikkələr satışa çıxarılıb.

7NEWS.Az xəbər verir ki, ötən il Heydər Əliyev Mərkəzi ilə birgə təşkil edilmiş, müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Ordumuzun Vətən müharibəsində əldə etdiyi şanlı qələbəyə həsr olunan "Qarabağ inciləri” sikkə dizaynı müsabiqəsinin nəticələrinə əsasən, daha iki dizaynda - 5, 10, 20 qramlıq çəkilərdə qızıl sikkə kolleksiyaları istehsal edilərək qızılın dünya birjasındakı cari qiymətinə uyğun minimal marja ilə satışa çıxarılıb. 

Müsabiqədə birinci yerin qalibi seçilmiş layihə əsasında istehsal edilən "Qarabağ inciləri” kolleksiyasının üzərində Qarabağın qədim memarlıq inciləri, tarixi abidələr təsvir olunub.

 

Müsabiqənin "İzləyici rəğbəti” nominasiyası üzrə qalibinin layihəsi əsasında hazırlanan digər sikkə kolleksiyası isə Azərbaycanın musiqi ocağı, mədəniyyət beşiyi olan qədim Şuşa şəhərinə həsr edilib.

Yeni məhsullar Cəmiyyətin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən ilk Satış və mübadilə mərkəzində və onlayn satış platforması www.azergold.gift vasitəsi ilə alıcılara təqdim edilir.

Əlavə olaraq, ilk dəfə mərkəzdə Cəmiyyətin istehsalı olan bütün sikkə və külçələrin qızılın dünya birjasındakı cari qiymətinə uyğun geri alışı - mübadiləsi də təmin edilir.

Xatırladaq ki, "AzerGold” QSC tərəfindən yerli pərakəndə bazarı üçün "Made in Azerbaijan” nişanı ilə Azərbaycan qızılı və gümüşündən hazırlanan  sikkələr ilk dəfə 2018-ci ildə istehsal edilmişdir.

Üç müxtəlif qızıl və gümüş sikkə kolleksiyalarının üzərində Heydər Əliyev Mərkəzi, Qobustan qayaüstü təsvirləri və Qarabağ xalçasının "Çələbi” naxışının əks olunması Azərbaycanın müasirliyinin, tarix və incəsənətinin təbliğinə yönəlib.

 

 


 
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ