Yeni tamamlanmış körpü uçdu! Onlarla insan yüksəklikdən yerə düşdü
7News.az xəbər verir ki, İndoneziyada yeni istifadəyə verilən 60 metrlik asma körpü açılış mərasimi zamanı həddindən artıq yük səbəbindən yana aşaraq uçub. Körpünün eyni vaxtda yalnız üç nəfər tərəfindən istifadə edilməsi barədə xəbərdarlığa baxmayaraq, üzərinə çıxan 50 nəfər təxminən 20 metr yüksəklikdən yerə düşüb. Möcüzəvi şəkildə, hadisə nəticəsində ölən olmayıb.