7NEWS.az xəbər verir ki, 2017-ci ildə 37 yaşında "dünyanın ən gənc qadın baş naziri" seçilən Casinda Ardern fevral ayında tutduğu vəzifədən istefa verəcəyini açıqlamışdı. Fevralın 7-də Ardern baş nazir və İşçi Partiyasının lideri postunu tərk edəcək.
Oktyabrın 14-də ölkədə ümumi seçkilər keçiriləcək. Seçkilərə qədər ölkədə vəzifəsini icra edəcək baş nazirin müəyyən edilməsi üçün İşçi Partiyasında səsvermə keçiriləcək. Ölkədə yay tətili zamanı atılacaq addımlarla bağlı qərar verməyə çalışdığını deyən Yeni Zelandiyanın baş naziri vəzifəsini davam etdirmək üçün "kifayət qədər gücü olmadığını" bildirib.
7NEWS.az








