RU
Yenicə ərə gedən Naibə Allahverdiyevanın VƏZİYYƏTİ AĞIRDIR:
11:31
1517

Yenicə ərə gedən Naibə Allahverdiyevanın VƏZİYYƏTİ AĞIRDIR: "Məni bu hala salan..." - FOTOLAR

Əməkdar artist Naibə Allahverdiyeva səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. Ötən ilin yay ayında əsəb dispanserində müalicə olunan aktrisanın bir neçə gün öncə halı yenidən dəyişib. Dünən isə o, təcili yardımla Bakı Sağlamlıq Mərkəzinə gətirilib.

7News.az xəbər verir ki, N. Allahverdiyeva qan təzyiqindən əziyyət çəkdiyini və keçirdiyi stress nəticəsində halının pisləşdiyini deyib:

"Bir müddət öncə yolda əsəb keçirdim, təzyiqim 250-ə qalxdı. Həmin ərəfədə müalicə olundum, səhhətim yaxşılaşdı. Sonra yenidən halım pisləşdi. Bütün orqanlarımı yoxlatmışam, sağlamam. Mənimki əsəbdəndir. Üç gün öncə yaşadığım gərginliklə bağlı təzyiqim qalxdı, dərman içsəm də, təzyiqim düşmədi. Dünən isə təcili yardım ilə xəstəxanaya gətirildim. Həkimlər sağ olsunlar, bacardıqlarını edirlər. Lakin hələ də özümü pis hiss edirəm, beynim pozulub, fikrim tez-tez dağılır. Həkimlər deyir əsəbdən krizis keçirirəm. Məni bu hala salan yaşadığım stressdir".

Danışarkən göz yaşlarını saxlaya bilməyən aktrisa gərginliyinin səbəbini isə tam açıqlamayıb:

"Halım pisdir. Əsəbi olmağımın səbəbini tam olaraq açıqlamaq istəmirəm. Onu deyim ki, bu hal iş qrafikim ilə bağlı deyil. Mən heç vaxt işdən qorxmamışam. Öz sənətimdən zövq alıram. Həyatımız tək işdən ibarət deyil. Bu haqda danışmaq istəmirəm”.

Aktrisa danışa-danışa səhhətinin yenidən pisləşdiyini bir daha vurğulayır:

"Başımda, ayaqlarımda dəhşət ağrı var. Ayaqlarımda üyüşmə var. Heç yaxşı deyiləm. Bilmirəm axırım necə olacaq”.//big
 
7News.az

Yenicə ərə gedən Naibə Allahverdiyevanın VƏZİYYƏTİ AĞIRDIR:

Yenicə ərə gedən Naibə Allahverdiyevanın VƏZİYYƏTİ AĞIRDIR:

Yenicə ərə gedən Naibə Allahverdiyevanın VƏZİYYƏTİ AĞIRDIR:

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ