RU
Yerevanda daha bir zəlzələ olub
12:44
125

Yerevanda daha bir zəlzələ olub

Yanvarın 14-nə keçən gecə, yerli vaxtla saat 01:47-də Yerevandan 13 kilometr cənubi-qərbdə növbəti zəlzələ baş verib.

Bu barədə "Qafqazinfo” Ermənistan Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

 

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib, maqnitudası 2,4 təşkil edib. Episentrdə yeraltı təkanların gücü 3 bal olub. Zəlzələ Yerevanda və Ararat vilayətinin bir sıra yaşayış məntəqlərində 2-3 bal gücündə hiss olunub.  

Daha əvvəl Ermənistanda 4,7 maqnitudalı zəlzələ baş vermişdi. Güclü təkanlar Yerevanda da hiss olunmuşdu.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ