Bunu açıqlamasında ATV telekanalında yayımlanan "Yoxlama" verilişinin aparıcısı Azər Zahid bildirib.
Aparıcı verilişin sonunucu - KFC-də çəkilən buraxılışında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözügedən restoranın menyusunun heç kimə açıqlanmayan sirrini tələb etməsinə aydınlıq gətirib.
Azər Zahid bildirib ki, ekspert yeməklərə vurulan qidaların miqdarı ilə deyil, məhz nədən istifadə edilməsi ilə maraqlanıb və bu da hər kəsin haqqıdır.
"Reseptin kimə məxsusluğu kommersiya sirridir və bunun bizə aidiyyəti yoxdur. Qidalara neçə qram nə vurulur bu sirdir, bizə aidiyyəti yoxdur. Nəyin vurulduğunu istehlakçı bilməlidir".
Reket jurnalistikada ittiham edilməsi ilə bağlı yayılan iddiaları cavablandıran aparıcı bütün bu xəbərləri təkzib edib.
"Reket jurnalist özəl fəaliyyət göstərir və pul yığa bilər. Kimisə çəkə bilər, deyər ki, "efirə verməməyim müqabilində pul ver". Biz çəkirik heç bir təmənna güdmürük. Biz çəkirik, göstərərik, ictimaiyyəti maarifləndiririk. Qida sağlamlığı hər birimizə lazımdır. Paltarı aldıqda onun 14 gün müddəti olur. Yəni paltarı qaytarmaq mümkündür. Qidanı yedikdən 3 dəqiqə sonrə həzmə gedir. Onu geri qaytara bilərsiz? Biz heç kimi təhdid etmirik. Biz nəyisə çəkib efirə verməsək, pul istəsək, bu təhdid olardı. Heç bir iaşə məkanı deyə bilməz ki, ATV telekanalı gəlib bizi çəkib və nəsə tələb edib. Çəkdiyimiz hər şey efirə gedir. Yaxşıdısa, pulsuz reklamdır".
Daha sonra aparıcı verilişdən narazı olan restoran sahiblərinə də mesaj yollayıb.
"Verilişin bağlanmasını arzulayınca öz işçiləri ilə bağlı tədbirlər görsünlər. Öz işçisinə diqqət yetirib yüksək səviyyəli xidmət göstərsinlər".
KFC-nin mətbəxində çəkiliş aparmağa müvəffəq olmayan veriliş komandasının növbəti məkanlarda bu cür hallarda hansı tədbirlər görəcəyinə dair açıqlama verən Azər Zahid Azərbaycanda olan bütün iaşə məkanlarında çəkiliş aparacaqlarını bildirib:
"Əgər KFC-nin mətbəxini çəkə bilmədiksə, deməli, mətbəxində sizə, bizə maraqlı olmayan, lazımsız nələrsə var deyə göstərmirlər".//baku.ws
7News.az










