RU
Yumurta iki dəfə bahalaşdı - VİDEO
11:51
468

Yumurta iki dəfə bahalaşdı - VİDEO

Bir müddət əvvəl 7 qəpiyə qədər ucuzlaşan yumurta yenidən bahalaşıb. Özü də iki dəfə. İndi yumurta 13-14 qəpiyə satılır. Yumurtanın qiymətinin necə deyərlər oynaması nə ilə bağlıdır? Növbəti süjetdən öyrənəcəksiniz.

Bir müddət əvvəl 7 qəpiyə qədər ucuzlaşan yumurta yenidən bahalaşdı. İndi yumurta əvvəlki qiymətindən baha, 10-14 qəpik arasında satılır.

Bazarlarda ən ucuz yumurta indi 8 qəpiyə satılır. Amma onun da ölçüsü çox balacadır. Satıcılar qiymət artımının səbəbini bilmədiklərini deyir.

Respublika Quşçular Cəmiyyətindən "Xəzər Xəbər"ə bildiriblər ki, yumurtanın qiyməti əslində 13-14 qəpik arasındadır. Bir müddət əvvəl bolluq olduğundan qiymətdə də ucuzlaşma oldu. İndi isə yumurta yenidən öz qiymətinə qayıdıb. Yəni bu bahalaşma yox, qiymətin normallaşmasıdır.
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ