RU
Yunan sərhədçiləri əfqan miqrantı güllələyib
23:30
199

Yunan sərhədçiləri əfqan miqrantı güllələyib

Yunan sərhədçiləri Türkiyə-Yunanıstan sərhədini qanunsuz keçməyə cəhd edən əfqan miqrantı güllələyib.

Bu barədə türk polisi məlumat yayıb. Ədirnə əyalətinin polis idarəsi faktı təsdiqləyib.
Doğan Xəbər Agentliyinin məlumatına görə, yunan sərhədçiləri ölkəyə qanunsuz daxil olmaq istəyən 8 əfqan miqrantdan ibarət qrupa atəş açıb. Nəticədə 1 nəfər ağır yaralanıb. Həkimlərin səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb./apa
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ