RU
Yunanıstanda azərbaycanlı müğənniyə kobud hərəkət: “Min dəfə soruşdular ki...”
13:47
517

Yunanıstanda azərbaycanlı müğənniyə kobud hərəkət: “Min dəfə soruşdular ki...”

Xəbər verdiyimiz kimi, müğənni Nigar Camal istirahət üçün Yunanıstana yollanmışdı.

Sənətçinin tətili başa çatıb. Bakıya qayıdan Nigar Camal Yunanıstanın hava limanından foto paylaşaraq səfəri haqqında təəssüratlarını yazıb:

"Səhər reyslərini heç sevmirəm, həm də tranzit, üstəlik yuxulu və Afinada insanlar bir az soyuq və kobuddurlar. Min dəfə soruşublar ki, Yunanıstana niyə gəlmisiniz və kimlə? Nənəmlə zeytun yığmağa... Suala baxın da: Əllərinizə nə çəkmisiniz? Deyirəm ki, krem. Sonra soruşurlar ki, bəs kremdən başaqa? Nə cavab verəsən belə suala?”.

 

Məlumat üçün bildirək ki, Mikonos adasında gəzintiyə çıxan müğənni dərin yarıqlı libası ilə insanların diqqətini çəkmişdi.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ