RU
Yunanıstanda F-16 qırıcısı qəzaya uğrayıb
23:10
2138

Yunanıstanda F-16 qırıcısı qəzaya uğrayıb

Yunanıstanda F-16 qırıcısı Andravida aviabazasına məcburi eniş nəticəsində qəzaya uğrayıb.

7NEWS.Az "RİA "Novosti"yə istinadən xəbər verir ki, pilot sağ qalıb.

Eniş zamanı təyyarə uçuş-enmə zolağından çıxıb və zədələnib.

Bundan əvvəl ABŞ-ın Texas ştatında hərbi təyyarə yaşayış məntəqəsinə çırpılıb, nəticədə iki pilot yaralanıb. Üç evə ziyan dəyib, onların sahibləri müvəqqəti olaraq başqa yaşayış yerlərinə köçürülüb.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ